Rusiyada 9 saylı şəhər xəstəxənasında həkimlər 2 yaşlı uşağın burnundan diş çıxarıblar.
Medicina.az xəbər verir ki, uşaq döşəmədən nənəsinin dişini qaldıraraq, burnuna salıb.
Uşağı nəfəs almaqda çətinlik səbəbi ilə təcili yardımla xəstəxanaya çatdırıblar.
Uşağın burnuna rinoskopiya baxıb, ordan nənəsinin süni dişi çıxarılıb. Belə ki, protezin üzərindəki dişlərdən biri qoparaq yerə düşüb, döşəmədə oynayan uşaq onu taparaq burnuna salıb.
Həkim bildirib ki, dişi çıxarandan sonar burun cibindən irin qoxusu gəlib. Bu o deməkdir ki, yad cisim orda azı 7 gün idi ki, qalıb.
Əgər diş hərəkət edib, yuxarı tənəffüs yollarına düşsəydi, uşaqda asfiksiya və hətta ölüm də baş verə bilərdi.