Şabran rayonunda zəhərlənmə olub.
Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə Şabran şəhərində qeydə alınıb.
Şəhər sakini, 2018-ci il təvəllüdlü Xuraman Vüsal qızı Zəkiyeva dərmandan zəhərlənib.
Azyaşlının anasının sözlərinə görə, körpənin hansı həbi qəbul etdiyini bilmir.
X.Zəkiyevanın müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.