Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 yaşında uşağın ağciyəri mannı sıyığından tutuldu – Qəribə hadisə

  • 2018.01.27 16:30
  • 17095 Baxış
2 yaşında uşağın ağciyəri mannı sıyığından tutuldu –  Qəribə hadisə
Azərbaycanda 2 yaşlı körpənin başına qeyri-adi hadisə gəlib. Belə ki, yüksək hərarət (39.0dərəcə) və ciddi təngnəfəslik diaqnozu ilə Mərkəzi klinikaya daxil olan uşağı müayinə edən həkim uşağın sol ağciyərinin tamamilə bağlı olduğunu aşkarlayır. Gecə saatlarında uşağı təcili əməliyyata alan uşaq cərrahı Fuad Hüseynov bronxoskopiya ilə nəfəs borusuna baxarkən, sol ama bronxun mannı sıyığı ilə dolu olduğunu gördü. Uşağın yediyi sıyıq bronxun içinə dolubmuş. Uşağın bronxu açıldı, ağciyər tutulması aradan qaldırıldı. Əməliyyatdan sonrakı rentgen çəkimində sol ağciyərin açıldığı görüldü. 

Ananın dediyinə görə, uşaq mannı yedikdən sonra yatmış, gecəyarı təngnəfəslik və temperaturun yüksəlməsi ilə oyanmışdır. Bir neçə həkimlərə aparılsa da vəziyyətin əsl səbəbi aşkar olunmamışdır. 

Fuad Hüseynovun sözlərinə görə, çox güman ki, uşaq yedizdirilərkən öskürüb və ya qusduğundan, sıyığın bir hissəsi bronxa qaçıb və bunu ana hiss etməyib. 

Uşaq artıq pediatr nəzarətində evə göndərilib.  

 


2 yaşında uşağın ağciyəri mannı sıyığından tutuldu –  Qəribə hadisə