Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 vasitə ilə döş xərçənginə qalib gəlmək istəyir

  • 2023.03.17 19:34
  • 2105 Baxış
2 vasitə ilə döş xərçənginə qalib gəlmək istəyir

2010 – cu ildə 41 yaşlı İngiltərə sakini Enn Faro “döş xərçəngi”nə qalib gəldi.

“Medicina” xəbər verirki, iki uşaq anası kimyaterapiyanın xərçənglə mübarizədə təsirsiz olduğuna inandığı üçün ondan imtina edib. Qadın qaçış, sağlam qidalanma və alternativ təbabətin köməyi ilə ağır xəstəliyə qalib gəlməyə qərar verib. O, radiasiyadan imtina etdi, xərçəngi idman və pəhrizlə müalicə etmək qərarına gəldi.

Bu ağır xəstəliyin o vaxta qədər onu iki dəfə vurmasına baxmayaraq, qadın cəsarətlə döş xərçəngi üçün zəruri müalicəyə, o cümlədən mastektomiyaya, həmçinin kimyaterapiya və radiasiya seanslarına dözdü. Onun üçün əsas motivasiya 16 yaşlı oğlu Ceyms və 13 yaşlı qızı Cessika naminə sağ qalmaq istəyi olub.

Qadın əmin edir ki, şüalanma yalnız müvəqqəti effekt verir, xəstəliyi tam müalicə etmir. İndi Enn dövlət klinikalarında müalicə olunmaqdan imtina edir və alternativ tibb xidmətlərindən istifadə edir.

Qadın müsahibəsində bildirdi ki, şiş məni az qala iki dəfə öldürdü və mən ona üçüncü şans verməyəcəyəm.

İki mastektomiya, 6 kimyaterapiya seansı və 4 həftə şüalanmadan keçdim. Həkimlər xərçəngin üçüncü dəfə qayıtdığını deyəndə, onunla başqa cür mübarizə aparacağımı bilirdim. Mənim hələ çox gücüm var və əminəm ki, bunun öhdəsindən gələ bilərəm.

Xüsusilə, qadın oksigen terapiyasını sınayır və bir homeopat həkimi var. Ann həmçinin inanır ki, marafonlarda qaçmaq və sağlam qidalanmaq onun xəstəliyinə qalib gəlməsinə kömək edəcək. Keçən oktyabr ayından şiş böyüdü, lakin Ann hələ də klinikaya getməkdən imtina edir və təkbaşına xərçəngin öhdəsindən gələcəyinə ümid edir.

Günay Quliyeva