Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 saylı Psixiatriya Xəstəxanasında rentgen müayinəsi dayandırıldı - FOTO

  • 2023.12.30 10:37
  • 1424 Baxış
2 saylı Psixiatriya Xəstəxanasında  rentgen müayinəsi dayandırıldı - FOTO
Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Medicina.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.