Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 oktyabr - Beynəlxalq Həkimlər Günüdür

  • 2023.10.02 15:43
  • 1426 Baxış
2 oktyabr - Beynəlxalq Həkimlər Günüdür

Dünyada oktyabrın ilk bazar ertəsi günü Həkimlər günü kimi qeyd edilir.

"Medicina" xəbər verir ki, bu beynəlxalq əlamətdar tarix ÜST və Sərhədsiz Həkimlər Təşkilatının dəstəyi ilə irəli sürülüb

Sərhədsiz həkimlərin üzvləri dünyanın ən qaynar müharibə və fəlakət bölgələrində heç bir milli, irqi ayrı-seçkilik qoymadan insanlara xidmət edir.

Xüsusən Afrikada SPİD, HİİV və ağır xəstəliklərlə profilaktika işləri aparılır.

2019-cu ildə başlayan və hələ də davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə və 2020-ci ildə Vətən müharibəsi dövründə bu peşənin vacibliyi bir daha öz təsdiqini tapdı. Koronavirus pandemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə 32 həkim və 54 tibb işçisi düşürdü.

Bu ilin əvvəllərinə olan statistik məlumatlara əsasən, Azərbaycanda ümumilikdə 32,8 min həkim və 53,8 min orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin klinika və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda həyatda ən qiymətli olan can sağlığının qoruyucularıdır.

Vətən müharibəsi dövründə həkim briqadaları üç istiqamətdə cəbhə bölgəsinə göndərilmişdi və tibb işçiləri böyük həvəslə fəaliyyət göstərirdilər. Həmin briqadalar cəbhə bölgəsində yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, bəzi ağır yaralıları nisbətən kənarda yerləşən şəhər və rayonlardakı xəstəxanalara daşıyırdılar. Vətənin müdafiəsinə qalxan tibb işçilərindən 9 həkim, 7 feldşer, 26 sanitar olmaqla 42 nəfər müharibədə şəhid olub, 159 nəfər hərbi tibb işçisi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.