2050-ci ilə qədər 2.1 milyon insan vərəmdən öləcək.
Medicina.az xəbər verir ki, bu barədə Anadolu Əczaçı Dərnəyinin yaydığı məlumatda qeyd olunub.
Dərnəyin rəhbəri Onur Tokelin sözlərinə görə, Avropa Birliyi ölkələrində vərəmə yoluxan insanların sayı azdır. Ancaq Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, vərəm get-gedə insanlar arasında müalicə olunmayacaq xəstəliyə çevrilə bilər. Bu səbəbdən səhiyyə təşkilatı vərəmdən baş verən ölümləri 95 faiz azaltmaq üçün vərəm əleyhinə yeni strategiya planlaşdırır.
Hazırda bu xəstəlikdən əziyyət çəkən bir çox insan dərman vasitələri ilə sağlamlıqlarını qorumağa çalışır və bu müalicə ən az 9 aydan 2 il müddətinə qədər davam edir. Dərman müalicəsinə cavab verməyən xəstələrin sadəcə yarısından azı bunu müvəffəqiyyətlə bacara bilir.