Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 ildir yediyini qaytaran xəstə üzərində ünikal əməliyyat– VİDEO

  • 2019.01.05 16:27
  • 12828 Baxış
2 ildir yediyini qaytaran xəstə üzərində ünikal əməliyyat–  VİDEO
Azərbaycanda daha bir unikal əməliyyat uğurla icra olunub. 

Medicina.az xəbər verir ki, bu barədə op.dr. Aslan Abdulla məlumat verib.


Ağır xəstəlikdən əziyyət çəkən gənc qadın 2 ildir ki, yediyini qaytarır, daimi qusmalar və şiddətli ağrılar şikayəti ilə müxtəlif həkimləri gəzərək dərman müalicələri almışdı. Həm də diabet xəstəsi olan pasiyenti müayinə edərkən onda ağır patologiyalardan olan " Gətirici imgək sindromu” diaqnozu təsdiqləndi.  Xəstə yalnız mürəkkəb əməliyyatla bu xəstəlikdən yaxa qurtara bilərdi.


Cərrah Aslan Abdulla laparoskopik rekonstruktiv və metobolik əməliyyat növü seçərək, xəstəni əməliyyat etmiş və bütün əməliyyatı da lentə alaraq gedişatı izah etmişdir. Xəstədə mədə çıxacağının stenozu, ön qastroenteroanastozdan sonrakı vəziyyət, gətirici ilgək sindromunun aradan qaldırılması əməliyyatı zamanı mədəsinin xeyli hissəsi rezeksiya olundu. 


Həkimin sözlərinə görə bu əməliyyat unikal hesab edilə bilər. Əməliyyatdan sonra xəstə xüsusi pəhrizlə hələ ki qidalanır, insulin istifadə etmir, qusmalarına son qoyulub.

 


Medicina.az həmin əməliyyatın videosunu təqdim edir