Çində hər gecə qulaqcıqla musiqiyə qulaq asa-asa yatan qız eşitməni itirib.
“Medicina” xəbər verir ki, Van adlı qız qulaqcıqsız yata bilmədiyini deyib.
1 ildən sonra o, qulağında problem yarandığının fərqinə varsa da, həkimə getməyib.
Daha sonra qulaqlarının tutulmağa doğru getdiyini görüb xəstəxanaya gedir.
Müayinələr geridönməz nevroloji zədələnmənin baş verdiyini aşkarlayıb.
Həkim qızın qulağının uzun müddət yüksək səsə məruz qalmasını əsas gətirib.
Gecələr qulaqcıqla yatmağa vərdiş edən qız kar olacağını ağlına gətirməmişdi.
Həkimlər eşitmənin yalnız xüsusi aparatla bir az təmin edilməsini tövsiyə edir. Bu problemi heç bir müalicə həll etməyəcək.
Aygün Musayeva