2019-cu ildən 2022-ci il yanvarın 1-dək 13 – 17 milyon arası insan yeni növ koronavirusdan dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
COVID-19 190-dan çox ölkə və ərazidə aşkar edilib. İndiyədək yoluxanların sayı 503 milyona çatır.
Azərbaycanda bu rəqəm rəsmi olaraq 10 min nəfərə yaxındır.
Qeyri-rəsmi isə 15 mindən çox ola bilər.