Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 həftədir dünyada yoluxma kəskin artır - ÜST

  • 2021.07.12 20:10
  • 1315 Baxış
2 həftədir dünyada yoluxma kəskin artır   - ÜST


“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.


Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb:

"Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb".

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.