Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 həftə ardıcıl energetik içki içdi - qaraciyəri sıradan çıxıb

  • 2022.11.14 18:35
  • 1717 Baxış
2 həftə ardıcıl energetik içki içdi     - qaraciyəri sıradan çıxıb



22 yaşlı qız ağır vəziyyətdə qaraciyər problemi ilə xəstəxanaya gətirilib.


"Medicina" xəbər verir ki, hepatoloq həkim Alla Yujnova bildirib ki, xəstədə kəskin hepatit aşkarlanıb.
Pasiyent gündə 7-8 banka energeitk içki içdiyini bildirib.

Energetik içkilərdə olan niasin qidanı enerjiyə çevirən maddədir. O çox miqdarda qaraciyərə daxil olduqda, travma baş verir. 50% hallarda qaraciyər iflas edə bilər.

Baxmayaraq ki, o adətən təbii bioloji əlavə kimi qida və içkilərə qatılır, həddən artıq çox dozada qəbul qaraciyərdə kəskin hepatit yaradır.

Bu birinci klinik hadisə deyil ki, çox miqdarda energetik içkidən qaraciyərdə kəskin problem yaranıb.

Analoji hal 35 yaşlı kişidə də baş vermişdi, o da 1 ay idi hər gün işi ilə bağlı 5-6 banka energetik içki qəbul etmişdi. Onda qarında kəskin ağrılar, yorğunluq, sarılıq və hepatit aşkarlanmışdı.

Aygün Musayeva