“Pasiyentlərimdən birinin oğlu zəng etdi ki, atam 2 gündür yemir, bütün günü yatır, yataqdan qalxa bilmir, halı yoxdur.
Mən Türkiyədə idim, təcili nevropatoloq baxışı təyin etdim, xəstənin 80 yaşı olduğu üçün birinci insultdan şübhələndim. Amma mənim təəccübümə rəğmən, həkim xəstəyə baxıb insultu inkar etdi. Ağlımdan keçənə inanmasam da,dedim ki,bu vitaminin analizini verin”.
Medicina.az xəbər verir ki, bunları hazırda Türkiyədə çalışan, FAMAX medical turizmin yaradıcısı, həkim kardioloq İlkin Babayev bildirib. O, təcrübəsində ilk dəfə D avitaminozunun ən dramatik kliniki faktı ilə qarşılaşdığını bildirdi.
“Dünən ayaq üstündə olan bir insanın qəfil əl-qol hərəkətlərinin məhdudlaşması, hətta danışa bilməməsi zamanı ağlımıza ən ağır diaqnozlar gəlir. Xəstədə ürək və beyin qan dövranı pozğunluğu aşkar olunmadıqda, təcili D vitamin analizi təyin edərək verilməsini tələb etdim. Yaxşı ki, ailəsi bu analizi dərhal verdirdi.
Nəticələr dəhşətli idi: xəstənin qanda D vitamin göstəricisi 0 idi. Sıfır artıq avitaminoz yox, orqanizmin sönməsi deməkdir.
Dərhal ona ampulda yüksək dozalı D vitamin təyin etdim, cəmi 3 gündən sonra xəstə özünə gəldi, ayağa qalxdı, danışdı, yedi.
Bu həyatımda ilk dəfə kəskin D vitamin defisiti faktı idi. Özü də uşaq yox, 80 yaşlı kişidə.
Ona görə D vitamin əskikliyinə etinasız yanaşmayın.
Eləcə də bu yaxında daha bir pasiyent xanımda bu diaqnozdan şübhələndim. Kifayət qədər aktiv, tanınmış, xeyriyyəçi xanım 5 gündür halsızlıq, heysizlik, günboyu yatmaq istəməsindən, yolda, işdə qəfildən yuxulamasında və iş görə bilməməsindən şikayətlənən status yazdı. Təbii ki, o xanım bir neçə həkiminə müraciət etmişdi. Xəstədə trioid diaqnozu olduğundan çoxu buna bağladı, bir çoxu yorğunluğa yozdu. Amma ona da D vitamin analizi verməyi tövsiyyə etdik və nəticə dəhşətli idi. Qanda D vitamin – 0. Sıfır artıq ciddi təhlükədir və orqanizm bu həddə düşənə qədər mütləq xəstəyə simptomlarla xəbərdarlıq edir. Sadəcə bu siqnallara vaxtında reaksiya vermək lazımdır”.
İlkin Babayev uşaq və böyüklərə ildə bir dəfə, payızın sonu D vitamin analizi verdirib, nəticəyə uyğun vitamin qəbul edilməsini tövsiyyə edir
“Ən yaxşısı Türkiyə istehsalı ampulda olan vitamindir. Onu bir stəkan suya töküb və ya çörəyə hopdurub həftədə 1 dəfə içmək lazımdır. Cəmi 3-4 həftə kifayətdir. Qeyd edək ki, bu doza nəticəsi 0 və buna yaxın olanlar üçündür”.
FAMAX-la əlaqə:
Te: 050 444 30 20
Ünvan: 28 May küçəsi 69