Dekabrın 27-28-də Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü fonunda temperaturun bir qədər aşağı enəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən xəbərə görə, bu, əksər meteohəssas insanlar üçün əlverişsizdir.
ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.