Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 dəfə peyvənd olunan Tarkan koronavirusa yoluxdu

  • 2022.02.02 16:23
  • 1790 Baxış
2 dəfə peyvənd olunan Tarkan koronavirusa yoluxdu

Koronavirusundan qorunmaq üçün ailəsi ilə birlikdə aylarla karantində qalan Meqastar Tarkan Omikrona yoluxub.

Medicina.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabından məlumat verib. Sənətçi 10 gün əvvəl koronavirusa yoluxduğunu açıqlayıb.

Yaxşı olduğunu ifadə edən Tarkan, "Peyvənd olunduğuma görə sevinirəm. Özünüzə yaxşı baxın", - deyə yazıb.

Qeyd edək ki, müğənni koronavirusun Türkiyədə aşkarlanmasından sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb.