Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya Autizm Məlumatlandırma Günüdür2 Aprel

  • 2018.04.02 13:08
  • 11502 Baxış
Dünya Autizm Məlumatlandırma Günüdür 2 Aprel
Autizm bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindəndir.

 

Medicina.az xəbər verir ki, dünya əhalisinin təxmini 1 faizi yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz isə 3 yaşında qoyulur.


Nəzərinizə çatdıraq ki, bu xəstəliyin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. 


2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur.


Hər il olduğu kimi bu il də ölkəmizdə Dünya Autizm Məlumatlandırma Günü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.