Ukraynada Rusiyanın başlatdığı hərbi əməliyyatlar zamanı 198 dinc sakin həlak olub.
Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat verib.
Onun sözlərinə görə, həlak olanlardan üçü azyaşlı uşaqdır.
“Bundan əlavə 1 115 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 33-ü azyaşlıdır”, - deyə nazir bildirib.