Son illərdə xərçəng xəstəliyi bütün dünyada durmadan artır. Aparılan araşdırmalara görə, mədə xərçənginin yayılması riski 20 yaşa qədər azalıb.
Medicina.az xəbər verir ki, türkiyəli professor Erdem Akbal məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə,1975-ci ildən sonra doğulan şəxslərin mədə xərçənginə meyilliliyinin daha da artmasının şahidi oluruq. Xərçəngi erkən mərrhələdə təşhis etmək lazımdır ki, hər hansı bir endoskopik müdaxilə və müayinə keçirə bilək. Bəzən bu müayinənin zərərli olduğu şübhəsi ilə ondan qaçırlar. Lakin hər tibbi müdaxilənin minimal riksləri olur. Ancaq faydası çox yüksəkdirsə riskər barədə xəstələr ilə danışıb müayinəni aparmaq gərəkdir.
Professor bildirib ki, hətta heç bir şikayəti olmayanlar belə müayinə olunmalıdır. Bir neçə il əvvələ qədər yoğun bağırsaq xərçəngi 50 yaşdan etibarən müşahidə edilirdisə, indi bu yaş 45-ə düşüb və sürətlə gəncləşir.