Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

19 yaşlı qıza qocalıq demensiyası diaqnozu qoyuldu

  • 2023.06.06 17:47
  • 1537 Baxış
19 yaşlı qıza qocalıq demensiyası diaqnozu  qoyuldu
ABŞ-ın Texas ştatının sakini Gianna Kaboda 19 yaşında demensiya diaqnozu qoyulub.


“Medicina” xəbər verir ki, qızın anası Rebeka Robertson 2020-ci ilin payızında koronavirusa yoluxduqdan sonra qızın davranışında dəyişikliklər gördüyünü bildirib.


Robertson Kabonun sinifdə ən yaxşı şagird olduğunu, lakin COVID-19-dan sonra unutqan, yuxulu və dostları ilə ünsiyyəti dayandırdığını vurğulayıb.


Kömək üçün müraciət edilən həkimlər əvvəlcə sağalmaz xəstəliyin simptomlarını post-COVID sindromu ilə səhv saldılar.


Yalnız 2022-ci ilin payızında ana qızını nevropatoloqa aparmaq qərarına gəldi və orada mütəxəssislər Kabonun beynin sağ mərkəzi hissəsində elektrik aktivliyinin olmadığını aşkar etdilər. Beləliklə, qıza demensiya diaqnozu qoyulub.

Aynurə Məmmədova