Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.
Medicina.az Report-a istinadən xəbər verir ki, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib.
Qafqazinfo-nun məlumatına görə o, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib.
Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.