Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

18 yaşdan aşağı bu şəxslər vaksinasiya olunmalıdır - Mütəxəssisdən önəmli açıqlamalar

  • 2021.09.08 10:25
  • 1351 Baxış
18 yaşdan aşağı bu şəxslər vaksinasiya olunmalıdır -  Mütəxəssisdən önəmli açıqlamalar
Son günlərdə uşaqlar arasında yoluxma hallarının artması müşahidə edilir. Mütəxəssislərin fikrincə, yeni variantın yayılması bunun əsas səbəblərindən biridir.

ABŞ başda olmaqla bir çox ölkələrdə uşaqlar arasında yoluxma xeyli artıb.

Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis professor Serhat Ünal 12-16 yaş arası ciddi xəstəliyi olanlar və 16 yaşdan yuxarı hər kəsin vaksinasiya olunmalı olduğunu deyib:

“Müəllimlər, təhsil işçiləri, ümumiyyətlə məktəbin içərisində və ətrafında olan hamı vaksin vurdurmalıdır. ”BioNTech”in 12 yaşından etibarən təsirli olduğuna dair yayınlanmış üçüncü faza çalışmaları var. “Sinovac” vaksininin isə 3 yaşdan 18 yaşa qədər təsirli olduğunu göstərən ikinci faza çalışmaları da artıq yekunlaşıb. Variantların artması ilə bərabər, uşaqlar arasında da yoluxmalara rastlanılır. Buna görə də 12-16 yaş arası ciddi xəstəliyi olanlar və 16 yaşdan yuxarı hər kəs vaksinasiya olunmalıdır”.