"12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, yoluxanlardan iki nəfər qanunvericiliyə uyğun şəkildə vaxtından əvvəl şərti azadlığa buraxılaraq, müalicə almaq məqsədilə TƏBİB-ə təhvil verilib. "Qalan şəxslər isə izolyasiya edilərək müalicələri davam etdirilir. Penitensiar xidmətdə də yoluxma halları baş verir”.