Pandemiya dövründə koronavirusla ən uzun müddət xəstələnən pasiyent məlum olub.
Bakupost.az xəbər verir ki, ən uzunmüddətli kovid Böyük Britaniyada qeydə alıb.
Pasiyent fasiləsiz olaraq 18 ay xəstə olub.
Həkimlərin bildirdiyinə görə, kəskin immun defisiti xəstəliyindən əziyyət çəkən xəstə sonunda ölüb.
QİÇS xəstəsi olan pasiyentin əsas xəstəlikdən, yoxsa koviddən ölməsi barədə məlumat verilmir.
Onun vaksin olunub- olunmaması da sual altındadır.
18 ay ərzində xəstənin hər ay testi pozitiv çıxıb və o xəstəxanada 5 dəfə yatıb.
İmmundefisit olan xəstələrdə virus daxildə dəfələrlə mutasiyaya uğrayır, ona görə onlar xəstəlikdən sağalmır
Aygün Musayeva
BakuPost