Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

18-31 may tarixlərində çox sayda Azərbaycan vətəndaşı xaricdən gətiriləcək- AÇIQLAMA

  • 2020.05.13 18:20
  • 3795 Baxış
18-31 may tarixlərində çox sayda Azərbaycan vətəndaşı xaricdən gətiriləcək -  AÇIQLAMA


“Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusa qarşı mübarizədə ölkəmiz böyük uğurlar əldə edib”.

Medicina.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, xaricdə olan Azərbaycan vətəndaşları ölkəmizə müəyyən olunmuş qrafik çərçivəsində gətirilirlər: “Mayın 4-dən 17-dək evegedirem portalı vasitəsilə İrandan 95, İstanbuldan 212, Daşkəndən 50, Riqadan 52, Minskdən 124 nəfər gətirilib.

Moskvadan mayın 12-də tələbələr gətirilib. Kiyevdən 198 nəfərin gətirilməsi nəzərdə tutulur”.

O bildirib ki, 18-31 may tarixlərində İran, MDB, Avropa qitəsindən Azərbaycan vətəndaşlarının gətirilməsi planlaşdırılır.