Beyin qan dövranının kəskin pozulması gənc yaşda da rast gəlinə bilər.
“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya 18-20 yaşda ola biləcək insultun səbəblərini açıqlayıb.
“Ümumi insult statistikasında 18-40 yaşa qədər insultların sayı 5-15% arasıdır.
Gənclərdə beyin qan dövranı problemlərinin bu səbəbləri var.
- Anadangəlmə irsi qan laxtalanması problemi
- Anadangəlmə beyin damar patologiyaları
- Disseksiya – yuxu və onurğa damarlarının qopması
- Qəfil travma, stress
18-20 yaşda insutları öncədən proqnozlaşdırmaq mümkün deyil.
Bəzən idman və ya travma zamanı baş və boyun əzələlərinin gərginliyindən damar zədələnməsi, laylanması baş verə bilər.
Əgər gənc insanda təzyiq müntəzəm 160-ı keçirsə və belə qəfil yüksəlmələr çox baş verirsə, ailə və həkimlər artıq insultu profilaktika edə bilər.
Gənclərdə çox zaman tranzitor ataklar olur.
Bunun əlamətləri:
- güclü baş ağrısı
- Baş hərlənmə
- Bədənin bir tərəfinin zəifliyi
- Dezoriyentasiya
- Görmənin nitqin zəifləməsi
Bu hallarda təcili yardım çağırılır, xəstə xəstəxanaya yerləşdirilir və MRT olunub, müvafiq müalicə aparılır.
Aygün Musayeva