Azərbaycanda kök hüceyrə müalicəsi 2 ildən artıqdır tətbiq edilir. Onu ilk olaraq ölkədə tətbiq edən nevroloq, kök hüceyrə mütəxəssisi Sevinc Heydərova bu günə kimi keçdikləri yolun çətinliyindən və əldə etdikləri uğurlardan danışıb.
Medicina.az xəbər verir ki, bu vaxta kimi 1739 xəstənin ayaqlarında, dizlərində problemləri həll edib, yerimələrinə səbəb olan kök hüceyrə indi daha geniş imkanlar açır.
“İlk vaxtlarda insanlar bilmirdilər bu nədir. Hətta həkimlərin çoxu belə yeni eşidirdi və qəbul etmirdilər.
Bu 2 il ərzində məhz kök hüceyrə ilə çox nailiyyətlərə imza atdıq, yeriməyən xəstələri yeritdik. Gözəlləşmək və gənc qalmaq istəyən xanımları bahalı, uzun müddətli, tez-tez təkrarlamalı olduqları kosmetoloji prosedurlardan xilas edib, daha qalıcı gözəllik bəxş etdik. Onların arasında əcnəbi pasiyentlər də oldu. Artıq Azərbaycana qonşu ölkələrdən də bizim mərkəzə gəlirlər.
Bildiyiniz kimi, kök hüceyrə üzə də tətbiq olunur və birdəfəlik 10-15 yaş cavanlaşmaq mümkündür.
Kök hüceyrə ilə Müalicə Mərkəzimizdə bir çox dayaq-hərəkət, degerenariv, iltihabi xəstəlikləri olan pasiyentlərimizə fayda verdik.
İndi artıq kök hüceyrə dedikdə insanlarda müəyyən təsəvvür var.
Lakin təəssüflə qeyd edim ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da kök hüceyrə populyarlaşdıqca kök hüceyrə edən həkimlər meydana çıxdı və çoxaldı. Burda doğru və ya yanlış edən mütəxəssisi ayırmaq vacibdir və insanları bir qədər çaşdırır.
Kök hüceyrəni xəstəyə vurmaq çətin deyil, onun uğuru alınmasındadır. Çoxlu canlı kök hüceyrə almaq üçün müxtəlif protokollar var və mən bunları sınaqdan keçirdim. Kök hüceyrənin fermentli və fermentsiz alınma yolları vardır.
Bunların arasında böyük fərq var. Aparılan təcrübələr göstərib ki, fermentli kök hüceyrə daha effektivdir, çoxdur və daha canlıdır. Ona görə biz daha doğru və təcrübədən keçmiş protokollarla prosedurlar edirik. Sübut olunub ki, kök hüceyrə fermentlə əldə olunduqda canlılığı 85-96% qədər gəlib çıxır, fermentsiz 5% təşkil edir. 5% çox azdır, demək, fermentsiz kök hüceyrə müalicə edə bilməz və effektsiz olacaq. Fermentsiz hüceyrə yağın parçalanması, durulaşdırılması yolu ilə alınır. Bu kimi fərqləri təbii ki, pasiyentlər də bilməlidir ki, fermentli kök hüceyrə ilə müalicə tələb etsinlər”
Həkimlə əlaqə: 050 309 77 87