17 yaşlı Nilanşi Patel Ginnesin rekordlar kitabına düşüb. O, saçlarını uzadaraq 2 metrə çatdırmağa nail olub.
Medicina.az xəbər verir ki, 2018-ci ildə də yaşıdları arasında rekord qıran qız saçlarını 6 yaşından kəsmir.
Saçın yuyulmasına 1 saat, daranmasına yarım saat vaxt gedir.
Saçları yerlə sürünən qız hündürdaban geyinir ki, yerə dəyməsin.
O, saçlarını hörür və həftədə bir dəfə onlara maskalar edir.