İngiltərə yaşayan Ruby Corder adlı gənc bir il əvvəl trans olmağa qərar verib.
Medicina.az Moderator.az-a istinadən xəbər verir ki, müalicə öncəsi görünüşünü dəyişdirən Corderin Viktoriya Beckhama bənzərliyi hər kəsi təəccübləndirib.
Uşaqlıqdan özünü qız kimi hiss edən Ruby Corder: "Youtub"da çox trans gördüm. Çox şey öyrəndim və trans olduğumu hiss etdim.",- deyə bildirib.
Rubi hormon müalicəsindən əvvəl saçlarını uzadıb. Özünə ciddi fikir verən Rubi kosmetikasız küçəyə addımını atmır.
17 yaşı tamam olan gün, o, trans olmağa qərar verib və ailəsi ilə danışıb. Ailəsi Rubnin bu fikrini- qıza bənzədiyi və qız kimi davrandığı üçün müsbət qarşılayıb.
Rubi Viktoriya Beckhamla yanaşı Dua Lipa və Kendall Jennera da bənzədildiyini bildirib. O, hormon müalicəsi və müxtəlif estetik əməliyyatlar üçün gün sayır.