Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb.
Medicina.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yanvarın 3-dən bu günə kimi 24 ştatda, eləcə də paytaxt Abucada 5 752 yoluxma halı aşkarlanıb. Bu müddət ərzində epidemiyadan 162 nəfər ölüb, 847 nəfər xəstəxanaya yerləşdirilib.
Nigeriya hökuməti epidemiya ilə mübarizə üçün 3 dərmanın təyin olunduğunu açıqlayıb. Ötən il Lassa qızdırmasına 674 yoluxma aşkarlanıb, 102 nəfər dünyasını dəyişib.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Aidiyyəti orqanlar əhalini gigiyena ilə bağlı diqqətli olmağa, siçan və digər gəmiricilərlə təmasda olmamağa çağırıb.
Qeyd edək ki, Lassa qızdırması insana siçandan keçir və ölümcül hemorragik qızdırma yaradır.
Xəstəlik eləcə də Mali, Toqo, Qana, Liberiya, Sierra Leonedə yayılıb.