Lerikin Soru kəndinin təxminən 1600 sakininin xəstəxana, tibb məntəqəsi, aptek, təcili yardım xidməti və həkim üçün müraciət edə biləcəkləri yeganə ünvan kəndin feldşeri Elçin Fərəcovdur.
Əhali deyir ki, kənddə bir yaşlı həkim olsa da, o, artıq aktiv fəaliyyət göstərmək iqtidarında deyil.
Elçin Fərəcov 2009-cu ilin iyun ayında feldşer kimi Soru kəndinə göndərilib elə o vaxtdan da burada fəaliyyətini davam etdirir.
Başı ağrıyandan-təzyiqi qalxana, meşədə ayağı kəsiləndən xəstəxanaya gecikib yolda doğuş edənə qədər hamıya əl tutmağa, ilkin yardımı etməyə, təcili yardım xidməti etməyə çalışdığını deyir feldşer Elçin.