Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

16 yaşlı oğlan həmyaşıdını bıçaqladı

  • 2025.03.27 11:02
  • 368 Baxış
16 yaşlı oğlan həmyaşıdını bıçaqladı

Şəkidə bıçaqlanma hadisəsi olub.

Medicina.az xəbər verir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.