Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

16 mindən çox tibb işçisi koronavirusa yoluxub - Azərbaycanda

  • 2021.06.30 16:24
  • 1749 Baxış
16 mindən çox tibb işçisi koronavirusa yoluxub -  Azərbaycanda
"Keçən il Azərbaycanda koronavirusla əlaqəli 149 min 399 xəstə evdə nəzarətə götürülüb".

Medicina.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova deyib.

Onun sözlərinə görə, Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub: "Ölkə üzrə ümumi 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub. Onlardan 4 658 həkim, 6 224 orta tibb işçisi, 5 408 digər tibb işçiləridir".