Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

16 martda Azərbaycanda yoluxma - SAYI

  • 2022.03.16 18:46
  • 2000 Baxış
16 martda Azərbaycanda yoluxma  - SAYI


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 077 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1457 nəfərdir.

Ölkədə son sutka ərzində 5 337, hazırkı dövrədək isə 6 646 110 test aparılıb.