Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

16-18 yaşlı yeniyetmələr bu hallarda vaksin olunacaq

  • 2021.09.07 10:49
  • 1413 Baxış
16-18 yaşlı yeniyetmələr  bu hallarda vaksin olunacaq
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulacağı ilə bağlı yeni qərar qəbul edilib.

Səhiyyə Nazirliyindən Unikal.org-a bildirilib ki, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Nə üçün yalnız mRNT Pfizer (“Comirnaty”) vaksinin vurulmasına gəlincə isə qərarda qeyd olunur ki, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyası yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazə verib.

Qərar da bu icazə nəzərə alınmaqla verilib.