Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

16-17 iyulda əsəbləşmək, ağlamaq və mübahisə etmək olmaz – Ay tutulmasının səhhətimizə təsiri

  • 2019.07.16 16:05
  • 48160 Baxış
16-17 iyulda əsəbləşmək, ağlamaq və mübahisə etmək olmaz –  Ay tutulmasının səhhətimizə təsiri
2019-cu ilin növbəti astronomik hadisəsi 17 iyul gecə baş verəcək. Təsiri həm təbiətə, həm münasibətlərə, həm də səhhətimizə 9 il davam edəcək Ay tutulması zamanı bir çox qaydalara əməl etmək lazımdır. 


Medicina.az xəbər verir ki, bu ay tutulmasını Oğlaq bürcü idarə edəcək. O, isə nəzarət, diqqət, məqsədyönlülük və səliqə-səhmanı sevir. 

Ay tutulması və ondan əvvəlki gündən başlayan "qaranlıq dəhliz deyilən” həftə yüksək emosionallıq, ən qaba hisslərin üzə çıxması, gərgin psixoloji duruma səbəb olur. 


İnsan psixikası bu yükün təsirindən qəfil alovlana, özünü idarə edə bilməyə, hətta köhnə umu-küsünü yada salıb, insanı özündən çıxara bilər. 

16 iyundan başlayaraq Ay tutulmasının təsiri kütlədə insanlar arasından heç nədən konfliktlər yarada bilər. Bu ərəfədə nə yeni tanışlıqlar, nə də ayrılıqlar təqdir olunmur. 


İntuisiyanıza 100% qulaq asıb, hətta dostlarınıza belə bu günlər etibar etməkdən çəkinməlisiz. 

Bu gündən etibarən ən kiçik səbəbə belə fikir bildirib, mübahisə etməyi özünüzə qadağa qoyun. 21 iyula kimi bir qədər tərki-dünya olub, sakitliyə çəkilin. Heç bir yeni başlanğıc, yeni iş, layihə planlamayın, vacib görüşləri təyin etməyin. Tamam neytral bir mövqeyə çəkilin. 


Adətən Ay tutulması ərəfəsində və ondan sonrakı həftə qəza və faciəvi hadisələr artır. Ona görə adam çox olan yerlərdən, qatar, təyyarə, gəmi, ticarət mərkəzlərindən uzaq durun.   


 

Səhhətimizə təsiri

                                     

Ən yaxşısı bu ərəfədə zərərli vərdişlərdən, narkotik, içki, siqaretdən tövbə edib tərgitməyə başlayasız, həyatınızı zindana çevirən insanları seçib onlarla əlaqəni kəsmək barədə düşünəsiz, eləcə də sizi psixikanıza yük olan keçmiş umu-küsü, pis hadisələrin təsiri, narazılıq və peşmanlıq hisslərindən azad olasız. Düşmənlərinizi bağışlayın və inciklikləri unudun. 

 

Bu günlər ürək-damar, sinir sistemi həssasdır. Xüsusən qadınlarda ürək sancıları arta bilər. 

Bu günlərdə bədəninizdə hansı hissə ağrısa, bu sizə siqnaldır, deməli, orda həqiqətən problem var və onu müalicə etməlisiniz. 


16-17 iyul  tarixində gecə Aya baxmaq, səmaya çox baxmaq məsləhət deyil. Maye qəbulunu azaldın, çünki Ay mayeni qabardır, bu da bədəndə artıq maye toplanmasına səbəb olur. Ət məhsulları, yağlı qidalar yeməyin. Axşam evinizdə sakit vəziyyətdə oturub, tez yatmağa çalışın. Nevroz  və depressiyada olanlar maksimum sakitləşdirici dərmanlarını qəbul etsinlər.