Azərbaycandason sutkada koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"medicina" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib. Hazırda 3 190 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, bu günə qədər isə ümumilikdə 2 433 585 test icra olunub.