Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

150 milyon insan yoxsulluqla qarşılaşa bilər - Dünya Bankının rəhbəri

  • 2020.10.06 11:51
  • 1574 Baxış
150 milyon insan yoxsulluqla qarşılaşa bilər  - Dünya Bankının rəhbəri


Dünyada gələn ilə qədər 150 milyon insan yenidən yoxsulluq həddindən aşağı səviyyədə yaşaya bilər.

“Dünya” qəzeti xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Devid Malpass deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyası yoxsulluğa qarşı əldə edilən bəzi uğurları puç edib.

Dünya Bankının rəhbəri əlavə edib ki, koronavirus infeksiyası ən kasıb ölkələrdə borc böhranına təkan verə bilər:

“Bəzi ölkələrin aldıqları borcu ödəyə bilmədikləri aşkardır. Buna görə də borc səviyyəsini aşağı endirməliyik. Buna borcun qaytarılmasının müddətini təxirə salmaq və ya ləğv etmək də demək olar”.