Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

150 manatlıq Remdesivir dərmanı kovid müalicəsində effektsizdir - ELMİ ARAŞDIRMA

  • 2021.09.17 15:09
  • 3721 Baxış
150 manatlıq Remdesivir dərmanı kovid  müalicəsində effektsizdir -  ELMİ ARAŞDIRMA


48 ölkədə aparılan açıq və nəzarət edilən tədqiqatın 3-cü fazasının nəticələrinə görə, hospitəlizə olunub reanimasiyaya yerləşdirilən və süni tənəffüs cihazına qoşulan kovid xəstələrinin müalicəsində Remdesivir preparatının effekti yoxdur.


Medicina.az xəbər verir ki, oksigen təchizatı alan, yaşı 18-dən yuxarı olan pnevmoniyalı xəstələr üzərində tədqiqat aparılıb.

Bu preparata istisna xəstələr qrupu qaraciyər göstəriciləri yüksək olanlar, ağır böyrək və qaraciyər çatışmazlığı olanlar, preparatın hər hansı komponentinə qarşı əks göstərişi olan, eləcə də südverən və hamilə qadınlar idi.
Bu qrupdan olan xəstələrə Remdesivir olmaz.

Xəstələr 2 qrupa bölünüb: standart kovid müalicəsi alanlar və remdesivirlə kombinasiyada müalicə olunanlar.
Remdesivir venadaxili infuziya şəklində ilk gün 200 mq, sonrakı günlər 100 mq gündə bir dəfə, 10 gün ərzində xəstələrə köçürülmüşdür.

Onu xəstə sağalıbsa, 5 –ci gün də saxlamaq olar.

1 il ərzində 857 nəfər həm standart, həm də remdesivir müalicəsi almış xəstə qeydə alınıb. Nəticələr 7 gün ərzində vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib, oksigen dəstəyi alan kovid xəstələrində remdesivirin klinik əhəmiyyəti və faydası müşahidə olunmamışdır.