ABŞ alimləri 100 il ərzində insanın bədən hərarətinin azalmağa doğru getdiyini sübut edib.
Bakupost.az xəbər verir ki, Miçiqan universitetinin alimləri 150 il ərzində bədən hərarəti normasının enmə səbəbini bağırsaq mikrobiomunda dəyişikliklərlə əlaqələndiriblər.
Orta bazal hərarət 1860-cı ildən başlayaraq, tibbə naməlum səbəbdən düşməyə başlamışdı.
Bioloqlar sepsislə xəstəxanada yatan 116 xəstənin tibbi kartını təhlil edib, pasiyentlərdə bağırsaq mikroflorası kəskin fərqlənirdi.
Tədqiqatın müəllifi Keyl Bonqers bildirib ki, xəstələrin genonları bir-birinə 99% identik olsa da, bağırsaq bakteriyaları 0% idi.
Məhz bağırsaq bakteriyaları pasiyentlərin bədən hərarətinə təsir edirdi.
Sepsis zamanı da sağ qalmaq şansı bədənin temperaturunun dərəcəsindən asılıdır.
Lachnospiraceae bakteriyaları yüksək hərarətlə daha çox bağlı idi. Onlarln hasil etdiyi metoblitlər qan dövranına düşərək immun sistemə təsir göstərir.
Bu fikirləri sübut etmək üçün alimlər normal siçanlarla identik siçanlar arasında müqayisə aparıblar. İkinci qrupda bağırsaq bakteriyaları məhv edilmişdi.
Bağırsağı steril siçanlarda sepsisə temperatur reaksiyası daha zəif olub.
İnsanlığın son 150 ildə qida, gigiyena və dərman qəbulunda baş vermiş köklü dəyişikliklər bağırsaq mikroflorasına öldürücü təsir edib.
Xüsusən antibiotiklərin çox qəbulu mikrobiomu məhv edir.
Ona görə infeksiyalar aktivləşir, sepsis halları çoxalır, insanın bədən hərarəti 34-dərəcəyə düşür.
Aygün Musayeva
BakuPost