Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"150 gün sonra üçüncü doza tətbiq oluna bilər" - İnfeksionist

  • 2021.10.07 15:57
  • 2282 Baxış
"150 gün sonra üçüncü doza tətbiq oluna bilər" -  İnfeksionist
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının artması, eyni zamanda payız fəslinin gəlişi ilə əlaqədar virus xəstəliklərinin çoxalması 3-cü, hətta 4-cü doza vaksinlərin vurulması məsələsini daha da aktuallaşdırıb.

Bu barədə aztiba.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov bildirib ki, COVID-19 əleyhinə peyvəndin üçüncü dozasının tətbiqi ilə əlaqədar məsələlərlə bağlı artıq bir neçə aydır ki, araşdırmalar aparılır.
“Böyük Britaniyada, ABŞ və digər dövlətlərdə üçüncü dozanın effektivliyi, təhlükəsizliyi ilə əlaqədar çalışmalar artıq tamamlanmaq üzrədir. Bununla bağlı bəzi statistik rəqəmlər də açıqlanıb. Qeyd olunur ki, üçüncü dozaya yaranan ehtiyac əslində ikinci dozadan sonra, beş-altı ay müddətində anticisimlərin qoruyuculuq səviyyəsinin effektivliyinin aşağı düşməsi ilə əlaqədardır”, - deyə F.Sədirov bildirib.

Bu zaman gücləndirici və ya xatırladıcı kimi adlandırılan üçüncü dozanın vurulmasının məsləhət görüldüyünü qeyd edən həkim-infeksionist bu müddətin təxminən 150 gün olaraq qəbul edildiyini bildirib: “Birinci və ikinci doza vaksindən 150 günə yaxın vaxt keçibsə, üçüncü dozanın tətbiqi mümkündür. Statistik rəqəmlərə görə, iki dozadan sonra üçüncü doza tətbiq olunan şəxslərdə qoruyuculuq artır. Burada fərqli-fərqli ölkələrin rəqəmləri var. Bu baxımdan da bir sıra dünya ölkələrində üçüncü dozanın tətbiqi uyğun görülüb. Hətta bəzi ölkələr dördüncü dozanın tətbiqini də məsləhət bilir”.