Omskda 15 yaşlı məktəbli naməlum xəstəlikdən dünyasını dəyişib.
“Medicina” xəbər verir ki, məktəbli özünü pis hiss edib, huşunu itirib və martın 9-da dünyasını dəyişib.
Hər şey məktəbdə cüzi nasazlıq hissi ilə başlayıb, sonra temperatur yüksəlib. Qız bir neçə dəfə huşunu itirib.
Qorxuya düşən valideynlər təcili yardım çağırıblar. Həkimlər bunun adi bir qrip olduğunu və evdə müalicə oluna biləcəyini deyib. Dərmanlar təyin edilib, tövsiyələr verilib.
Lakin dərmanlardan qızın vəziyyəti pisləşdi. Martın 9-da isə uşaq ölüb.
İstintaq Komitəsi hadisənin bütün hallarını müəyyən etməlidir.
Qızın hansı diaqnozdan ölməsi məlum deyil.
Aygün M