15 yaşlı qız valideynləri tərəfindən ölü tapılıb.
Medicina.az xəbər verir ki, hadisə Avstraliyada baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da həkimlər tərəfindən xilas edilməyi mümkün olmayıb.
Polis hadisə yerində araşdırma apararkən yerdə enerji içkiləri ilə araq butulkası tapıb. Həkimlərin rəyindən sonra məlum olub ki, 15 yaşlı qız enerji içkisi ilə spritli içkini qarışdırıb içdiyi üçün dünyasını dəyişib. Polis faktla bağlı cinayət işi açıb və azyaşlı qızın içki içməsinə görə valideynlərinin izahatı alınıb.