Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

15 yaşlı hemofiliyalı xəstə xilas edildi

  • 2024.05.22 15:40
  • 714 Baxış
15 yaşlı hemofiliyalı xəstə xilas edildi

Respublika Klinik Xəstəxanasının həkimləri 2 yaşından hemofiliya A xəstəliyindən əziyyət çəkən 15 yaşlı pasiyenti müalicə ediblər.

"Medicina" xəbər verir ki, 2009-cu il təvvəllüdlü Kənan Hüseynov 2 yaşından etibarən hemofiliya A xəstəliyi səbəbilə dispanser qeydiyyatına alınıb və Respublika Klinik Xəstəxanasındaonun müalicəsinə başlanılıb.

2014-cü ilə qədər VIII faktor konsentratları ilə müalicə olunan pasiyentdə 2014-cü ildə hemofiliya A ingibitor aşkar olunduğuna görə FEYBA preparatı ilə müalicəsi davam etdirilib. Hal-hazırda diz oynaqlarında hemofilik artropatiya vardır.

Pasiyentin özünün və anasının razılığı ilə müasir müalicə üsulu olaraq qeyri faktor Emicizumab preparatı ilə profilaktik müalicə kursuna başlanılıb.

Bu preparatla müalicənin üstünlüyü ondandır ki, preparat digər dərmanlardan fərqli olaraq hər gün iki dəfə olmaqla vena daxilinə deyil, ayda bir dəfə dəri altına pasiyentin özü tərəfindən inyeksiya edilir.

Müalicənin nəticəsindən və tibbi xidmətdən razı qalan valideyn və pasiyent Kənan Hüseynov xəstəxana rəhbərliyinə, Hematologiya şöbəsinin müdiri həkim-hemotoloq Mina Adıgözəlovaya və müalicə həkimi Vüqar Şirzadova təşəkkür edib.

Məlumat üçün qeyd edək ki, hemofiliya A xəstəliyinin müalicəsində istifadə olunan preparatlar dövlət büdcəsindən hemofiliya xəstəliyi üzrə Dövlət Proqramı çərçivəsində təmin olunur.