Fransada 15 il komada qalan şəxs həyata döndərilib.
Medicina.az xəbər verir ki, həkimlər 35 yaşlı xəstənin sinə qutusuna yerləşdirilmiş bir vagus sinus stimulatorunun yardımı ilə xəstədə şüur yarada bilib.
Lyondakı Elm İnstitutunun həkimi Angela Serigu xəstənin artıq gözlərini aça bildiyini, başını çevirə bildiyini deyib: "Vagus sinirində edilən elektrik simulator sayəsində xəstənin vəziyyətində irəliləyiş əldə etdik və hər şey bitdikdən sonra həyata döndərə bildik”.
Həmçinin mütəxəssis, "Beyin yeni əlaqələr yaratmaq və hətta ən kritik anlarda özünü bərpa etmək qabiliyyətini bərpa edib”, - deyə vurğulayıb.