Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

15 ildən sonra qadının qarnından “daş uşaq” çıxarılı – Kuryoz olay

  • 2023.06.16 15:20
  • 2350 Baxış
15 ildən sonra qadının qarnından “daş uşaq” çıxarılı  – Kuryoz olay
Hindistanlı həkimlər 52 yaşlı qadının qarın boşluğundan daşlaşıb kalsifikasiya olunmuş döl çıxarıblar. Adının gizli qalmasını istəyən bu xanımın 15 il əvvəl abort etdiyi məlum olub.


“Medicina” xəbər verir ki, həkimlər qadının qarnında 4 aylıq daşlaşmış döl aşkar edəndə 52 yaşlı qadın şoka düşüb.


Bir müddət mütəmadi qarın ağrısından əziyyət çəkib, həkimlərə müraciət etsə də, həkimlər ona mədə-bağırsaq müalicəsi təyin edib və heç kim uşaqlığa baxmağa ehtiyac görməyib.


Son üç il ərzində qadın daim ürəkbulanma və şiddətli ağrılar keçirib. Nəhayət o, mərkəzi xəstəxanaya gələrək tam yoxlanmaq qərarına gəlib. Ucqar kənddən şəhərə gələrək KT olunub və bətnində əhəngləşmiş döl olduğu üzə çıxıb.


Dölün həzm sistemini qismən blokada etməsi, bağırsaqlarda pozulmalara səbəb olduğu da məlum olub. Daşlaşmış “uşağı” çıxarmaq üçün cərrahlara iki saatlıq əməliyyat lazım olub.


Tibbdə bu vəziyyət yunan dilindən “daş uşaq” kimi tərcümə olunan litopedion adlanır. Tibb tarixində 300 belə klinik fakt məlumdur. Bu qadını potensial infeksiya riskinə məruz qoyur və onu azaltmaq üçün orqanizmin özü mümkün infeksiyalara qarşı maneə rolunu oynayan duzların köməyi ilə dölü kalsifikasiya edərək daşlaşdırır.

Günay Quluzadə