Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

15 fevral Uşaqlarda Xərçənglə Mübarizə Günü - Onkoloji xəstəliklərin əlamətləri

  • 2022.02.15 12:43
  • 3395 Baxış
15 fevral Uşaqlarda Xərçənglə Mübarizə Günü  -  Onkoloji xəstəliklərin əlamətləri

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu bir ay irəli çəkmək qərara alınıb.


Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir, böyüklərdə rast gəlinən xəstəliklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir.

Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəng növüdür. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faiz təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir.

Uşaqlar tamamilə müxtəlif yaşlarda - bir aylığından 18 yaşa qədər xəstəliyə düçar ola bilirlər və onların hamısının intensiv müalicəyə ehtiyacı var. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.


2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb.Hazırda bu klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.

Medicina.az Azərbaycanda uşaqlar arasında daha çox qeydə alınan qan xərçəngi leykozun ilk başda əlamətlərini təqdim edir:


1. Təngnəfəslik, nəfəsin tıxanması, gəzəndə nəfəsin çatmaması, tövşümə

Leykoz zamanı qanda trombositlərin miqdarı kəskin azalır, ona görə ağciyər və orqanlara oksigen təminatı pozulur. İnsan əvvəl iş görəndə, çox gəzəndə, daha sonra elə ev içində, sakit halında tövşüyür, nəfəsi sanki çatmır, təngnəfəs olur.

2. Tez yorulur, xroniki halsızlıq

Qanda trombositlərin az olması yorğunluğu artırır, insan yerindən qalxmağa ərinir.

3. Bədən səthində irili-xırdalı göyərmələr

Əgər bir yerə bərk toxunmadan, yatıb səhəri qalxıb qollar, diz, bel, ayaqlarda göyərmələr, qançırlar görürsünüzsə bu artıq trombositlərə bağlı simpomdur. Bir səbəbi də leykozdur.

4. Limfa düyünlərinin böyüməsi

Limfa düyünləri bir çox xəstəliklərdə, iltihabda şişdiyinə görə şişib sonra çəkilir. Ona görə bu əlamət sizi qorxutmasın. Amma əgər limfa düyünləri ilin 3-5 ayını elə böyük, şiş qalırsa və yaxşılaşma olmursa, bu artıq ciddi səbəbdir.

5. Dəridə qırmızı nöqtə və ləkələrin yaranması

Bu ləkələr uzun müddət getmir və əksinə artır.

6. Gecələr tərləmə

Qızdırma olmasa da gecələr səbəbsiz tərləmə də leykoza işarə ola bilər

7. Burundan qan açılma, yaraların gec sağalması

Qanın laxtalanması pozulduğu üçün qan çox duru olur və burundan tez-tez qan açılır.

Əgər siz bu əlamətlərdən ibarət kliniki təzahür və mənzərə görsəniz, o zaman təcili həkimə müraciət edin.