Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14oktyabr - Dünya təmiz əllər günü- Əllərdən keçən xəstəliklər

  • 2024.10.15 14:47
  • 931 Baxış
14oktyabr    - Dünya  təmiz  əllər  günü - Əllərdən  keçən xəstəliklər
Bu gün dünyada əllərin yuyulması günü kimi qeyd edilir.

Tibbi baxımdan təmiz əllər çox vacibdir. Çünki virus və bakteriyaların çoxu kirli əllərlə tənəffüs yollarına düşür.


"Medicina"bu günün tarixini təqdim edir.

2008-ci ildə BMT Baş Assambleyası tərəfindən keçirilən “Sanitariya ili” çərçivəsində BMT-nin Uşaq Fondu tərəfindən elan olunub. Onun elan edilməsinə dəstək olar həmin gün dünyada 70-dən çox ölkədə 120 milyondan çox uşaq sabunla əllərini yuyub.

Digər tərəfdən, BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin qeyd etdiyi kimi, dünya miqyasında yanaşılanda yuyulmamış əllərin problemi xoşagəlməz nəticələrə səbəb olur. Çirkli əllər vəba, virus pnevmoniyası, hepatit, qrip, difteriya, konyunktivit, qaşınma və müxtəlif göbələk xəstəliklərinə yoluxma riskini dəfələrlə artırır.

Yuyulmamış əllər vasitəsilə vəba, pnevmoniya, hepatit, qrip və s. kimi xəstəliklərin patogenləri insan orqanizminə daxil olur. “Çirkli əllər” Asiya və Afrikada yüksək uşaq ölümünün əsas səbəblərindən biridir, çünki əllərin düzgün yuyulmaması vəba, difteriya, pnevmoniya, hepatit, qrip və soyuqdəymə, konjonktivit, qaşınma və müxtəlif göbələk xəstəlikləri kimi xəstəliklərə səbəb ola bilər.

Pandemiyada kovid virus zərrəciklərindən qorunmaq üçün məhz əllərin təmizliyi şərt idi.

“Çirkli əllər xəstəliyi” nəticəsində hər gün beş min uşaq həyatını itirir. Yeməkdən əvvəl və tualetdən istifadə etdikdən sonra əllərini sabunla təmiz yuyulması onların həyatdan vaxtsız getməsinin qarşısını ala bilər.

Üstəlik, patogenlərin ötürülməsi həm birbaşa - məsələn, sadə əl sıxma, həm də dolayı yolla -çirklənmiş səthlər, yumşaq oyuncaqlar və məişət əşyaları vasitəsilə baş verir. Uşaqlar başa düşməlidirlər ki, ətrafımızda olan bütün əşyalarda (qələmlər, kitablar, oyuncaqlar, qapı tutacaqları, telefonlar və s.) rast gəlinən kir çox vaxt gözə görünmür. Həmin çirk yuyulmamış əllər vasitəsilə ağızdan bədənə daxil olur və bununla da müxtəlif xəstəliklər yaranır.


Ona görə müntəzəm əlyuma kimi sadə gigiyena proseduru hər gün minlərlə uşağın həyatını xilas edə bilər. Həmin prosedur orqanizmin zərərli virus və infeksiyalara yoluxmasının qarşısını almaqla yanaşı, insanların həyatını daha rahat, xoş və təhlükəsiz edir.