Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14 yaşlı model müəmmalı şəkildə öldü

  • 2017.10.30 11:26
  • 13927 Baxış
14 yaşlı model müəmmalı şəkildə öldü
Çində 14 yaşlı rus model ölüb.


Medicina.az xəbər verir ki, Pekinə moda nümayişinə yollanan Vlada Zyuba podiuma çıxdıqdan bir neçə saat sonra vəfat edib. Model əvvəlcə özünü pis hiss etdiyini deyib. Daha sonra isə huşunu itirib. Xəstəxanaya çatdırılsa da, orada vəfat edib.


Yeniyetmə modelin müəmmalı ölümü ilə bağlı araşdırmalara başlanılıb. Onun zəhərlənmə və ya sətəlcəm nəticəsində ölməsi versiyaları da səsləndirilir.


Bəzi mənbələr isə Vlada Zyubanın ağır iş qrafikinə və səfərlərə fiziki cəhətdən tab gətirə bilməməsi səbəbindən vəfat edə biləcəyini deyib.