Rusiyanın tanınmış aparıcı Andrey Malaxov verilişində maraqlı bir videodan danışıb. Belə ki, 14 yaşlı hindli oğlan özü həvəskar olaraq planet və ulduzların yerdəyişməsinə əsaslanan hesablamaları ilə Yer üzünün 2020-ci ildə böyük fəlakətlə üz-üzə gələcəyini deyibmiş.
Medicina.az xəbər verir ki, oğlan hələ 2019-cu ilin avqustunda çəkib kanalına yerləşdirdiyi videosunda Yer üzünü gözləyən fəlakətlərdən danışıb:
“Hadisələrin baş verəcəyi tarix 2019-cu ilin noyabrından 2020-ci ilin aprelinə kimi olacaq. Mən öz astroloii proqnozlarımı demək istəyirəm:
Güman edirəm ki, 2020-ci il 31 mart hadisələrin kulminasiya nöqtəsi olacaq. Çin çox böyük gərginlik içində olacaq. Çox zəngin və inkişaf etmiş ölkələr Amerika, Britaniya, İsrail, Səudiyyə Ərəbistanın iqtisadiyyatı dağılacaq.
İnsanların həyatı çox kəskin dəyişəcək. Bu, qlobal karmanın təzahürüdür, bunu qeyri-ciddi qəbuk etməməliyik. Doğrudur, planetlər bizi məhv etməyi düşünmür.
29 maydan sonra planetar təsir daralacaq, Yer kürəsi öz adi həyatına dönə biləcək”.
Həmin videonu təqdim edirik: