Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14 yaşında menopauza olan qız danışdı

  • 2024.11.13 19:07
  • 347 Baxış
14 yaşında menopauza olan qız     danışdı


Britaniya sakini Heyli Bruks 14 yaşından menopauzaya girib.


“Medicina” xəbər verir ki, qız bir yumurtalığı olması səbəbindən bu sindromu yaşayır.


2 il əvvəl menstruasiyasiya başlayan qız sonradan anasına özünü pis hiss etməsi ilə bağlı şikayətlənib.

Dərsdə özünü pis hiss edib, gecələr tərləyib, yuxusu pozulub.

Müayinələr göstərib ki, Bruksun cəmi bir yumurtalığı var və o da boşdur, fəaliyyətsizdir.
Həkimlər ona əvəzedici hormonal terapiya təyin etsələr də bu kömək etməyib.

Qıza təbii yolla ana ola bilməyəcəyi də deyilib.

“Mənə süni mayalanma tövsiyə edirlər. Amma bunu istəmirəm. Çünki bədənimi çox yormuşam və uğursuzluqdan qorxuram”.

Bruks artıq ailə qurmağa hazırlaşır.


Aygün Musayeva